Sürücü qadağan olunmuş yerdə ötmə etdi, qəzaya düşdü; DYP-dən - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, ötmə və manevretmə qaydalarının pozulması insanların həyatını riskə atır.
Avtosfer.az xəbər verir ki, son illərdə sürücülərin ötmə və manevr qaydalarını pozlamaları nəticəsində yaranan qəzalar artıb. Bununla əlaqədar BDYPİ sürücülərə xəbərdarlıq edib.
“Ötmə və manevretmə qaydalarının pozulması saniyələr içində Sizi və sevdiklərinizi faciəyə aparır.
Yollarda təhlükəsizliyin təmin olunması hər bir sürücünün məsuliyyətli davranışından asılıdır. Bu baxımdan ötmə və manevretmə qaydaları xüsusi əhəmiyyət daşıyır. Təəssüf ki, son zamanlar bəzi sürücülərin bu qaydaları pozması nəticəsində ağır yol-nəqliyyat hadisələrinin baş verdiyi müşahidə olunur.
Ötmə və manevretmə qaydalarının pozulması nə ilə nəticələnir?
- Qarşı zolağa çıxaraq ötmə zamanı sürücülərin qarşıdan gələn nəqliyyat vasitəsini nəzərə almaması cəmi bir neçə saniyə ərzində toqquşmaya səbəb ola bilər. Bu isə həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını birbaşa təhlükə altına qoyur;
- Düzgün siqnal vermədən və ya sürət həddini aşaraq edilən qəfil manevrlər digər sürücüləri çaşdırır, qəza ehtimalını dəfələrlə artırır;
- Xüsusilə avtobus, yük maşını kimi iri nəqliyyat vasitələrinin qarşısında və ya onların arxasında edilən riskli ötmələr yol-nəqliyyat hadisələrinin ən faciəvi səbəbləri sırasında yer alır;
Müşahidələr göstərir ki, ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verən qəzalar daha çox ağır xəsarətlərlə və insan ölümü ilə yadda qalır.
Bir anlıq diqqətsizlik və ya məsuliyyətsizlik təkcə qaydanı pozan sürücünün deyil, onunla bərabər günahsız insanların da həyatına son qoya bilər.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edir:
- Yalnız yol şəraitinin imkan verdiyi hallarda, işıq və yol nişanlarının tələblərinə tam riayət etməklə ötmə əməliyyatı aparın;
- Qəfil və gözlənilməz manevrlərdən çəkinin, sükan arxasında məsuliyyətli olun;
Unutmayın ki, yol hərəkəti qaydaları həyatınızı qorumaq üçün nəzərdə tutulub”.
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
Köməyə çatan polis əməkdaşları körpənin həyatını xilas etdi - VİDEO
DYP süni intellektəsaslı avadanlıqları nümayiş etdirdi - FOTOLAR












