Tibb personalı çətin vəziyyətdə qaldı; köməyə polis yetişdi - FOTOLAR

Ağsu rayonunda Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım briqadası maraqlı hadisə ilə üzləşib.
Avtosfer.az xəbər verir ki, hadisə zamanı tibbi personal çətin vəziyyətdə qalıb, lakin köməyə Azərbaycan polisi yetişib.
Məlumata görə, Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım komandası Ağsu rayonundan xəstəni transport etmək üçün yola çıxıb. Lakin yolun relyefinə görə xidməti avtomobilin təkəri qəfil partlayıb.
Komanda üzvləri dərhal təkəri dəyişməyə çalışsa da relyefin çətinliyi səbəbindən bunu edə bilməyiblər.
Təxminən 15 dəqiqə yol kənarında gözləmələrinə baxmayaraq, yanlarından keçən mülki avtomobillərin heç biri dayanaraq kömək etməyib.
Məhz bu anda “xalqın polisi” ifadəsinin canlı şahidi olublar. Belə ki, polis serjantı Fərid Qurbanov xidməti avtomobili ilə hadisə yerinə gəlib. O, vəziyyəti görən kimi rayon mərkəzinə yollanaraq usta və lazımi avadanlıqları gətirib. Bundan başqa, təkərin dəyişdirilməsi prosesində şəxsən iştirak edərək tibbi yardım komandasına dəstək olub.
Komandanın sözlərinə görə, bu yardım sadəcə texniki dəstək deyildi. Bu, vicdanın, insaniyyətin, peşəkarlığın və xalqa xidmət ruhunun təcəssümü idi. Belə nümunəvi davranışlar vətəndaşların dövlətinə və onun güc strukturlarına inamını daha da möhkəmləndirir.
Mərkəzi Gömrük Hospitalının təcili tibbi yardım komandası polis serjantı Fərid Qurbanova göstərdiyi kömək və dəstəyə görə təşəkkür edib.
Sonda isə komanda üzvləri bildiriblər:
“Var olsun Azərbaycan Polisi!”
Eltac
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO















