Vaqif Əsədov polisləri peşə bayramı münasibətilə təbrik edib - FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Daxili İşlər Nazirliyinin kollektivinə təbrik ünvanlayıb.
Vaqif Əsədov Avtosfer.az vasitəsilə çatdırdığı təbrikində daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, Daxili İşlər Nazirliyinin şəxsi heyəti və polis veteranlarına səmimi arzularını qeyd edib. O bildirib:
“Möhtərəm daxili işlər naziri, cənab general-polkovnik Vilayət Süleyman oğlu Eyvazov, Daxili İşlər Nazirliyinin bütün şəxsi heyəti və əziz polis veteranları!
Sizi 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavanlıq və şərəfli xidmətinizdə yeni uğurlar arzulayıram.

Bu il Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunur. Bir əsrdən artıq şərəfli tarixə malik olan Azərbaycan Polisi dövlətçiliyimizin möhkəmləndirilməsində, ictimai asayişin və qanunun aliliyinin təmin olunmasında, vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında mühüm xidmətlər göstərmişdir.
Bu gün də Sizin rəhbərliyiniz altında polis orqanları peşəkarlıq, qətiyyət və Vətənə sədaqətlə xalqımıza layiqincə xidmət edir, cəmiyyətin sabitliyinin və təhlükəsizliyinin etibarlı təminatçısı olaraq yüksək etimad qazanır.
Uca Allah Sizi və bütün Azərbaycan Polisi əməkdaşlarını qorusun! Vətənimizə və xalqımıza xidmət yolunda daim yeni nailiyyətlər qazanasınız!
Dərin hörmət və ehtiramla,
AR DİN polkovniki Vaqif Əsədov”.
Səfər
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO
Yol polisi alternativ yollarda vəziyyəti belə tənzimləyir - VİDEO












