Vilayət Eyvazov Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirib 295 nəfəri işə götürdü - VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 30-da və oktyabrın 1-də Sumqayıt Şəhər Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.
Avtosfer.az xəbər verir ki, nazir əvvəlcə Sumqayıt şəhərindəki ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra şəhər polis idarəsinin inzibati binasında Sumqayıt şəhəri və digər rayonlardan gələn 367 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.
Nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov DİN Daxili Qoşunlarının Sumqayıt şəhərində yerləşən hərbi hissəsinə gedib, orada ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Sonda general-polkovnik Vilayət Eyvazov polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib.
Vətən müharibəsinin 23 iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 295 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO





















