Yanvar-iyun aylarında 4 ton 318 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN

İyulun 9-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 6 ayında əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov daxili işlər orqanları və Daxili Qoşunların cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində xidməti vəzifələrini layiqincə yerinə yetirdiyini bildirib.
Avtosfer.az xəbər verir ki, iclasın hesabat məruzəsində vurğulanıb ki, mütəşəkkil cinayətkarlıqla mübarizə tədbirləri çərçivəsində 288, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda 3.088 odlu silah, 337 qumbara və 99 mindən çox patron aşkarlanıb.
Qeyri-leqal dövriyyədən ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 ton 360 kiloqram çox, yəni 4 ton 318 kiloqram narkotik vasitə çıxarılıb, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 254 tondan artıq çətənə və xaş-xaş kolu aşkarlanıb məhv edilib. Bu növ əməllərə görə 41 cinayətkar qrup zərərsizləşdirilib, 2.652 şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində mühüm funksiyaların icrası da davam etdirilərək 3.889 şəxsin qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti öz qanuni həllini tapıb. Nazirliyə daxil olmuş müraciətlər operativ araşdırılaraq hər biri təşəbbüskarların hüquqları izah edilməklə yazılı cavablandırılmışdır.
Səfər
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO











