“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirilib. Avtosfer.az xəbər verir ki, yarışı keçirməkdə məqsəd uşaqlarda yol hərəkəti qaydalarına dair bilikləri artırmaq, yol təhlükəsizliyi ilə bağlı məsuliyyətli davranış vərdişlərini formalaşdırmaq, təhlükəsiz hərəkət mədəniyyətini aşılamaqdır.
Yarışda Bakı şəhər ümumtəhsil məktəblərinin şağirdlərindən və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərindən ibarət “Piyadalar”, “Sürücülər”, “Radar”, “Təhlükəsiz yol”, “Yol ulduzları”, “Svetofor” və “Hərəkət” komandaları ilə iştirak edib.
Yarışın nəticələrinə görə “Piyadalar” komandası I yer, “Sürücülər” komandası II yer, “Yol ulduzları” komandası III yerin qalibi olublar. Sonda 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təkliatçılığı ilə “Təhlükəsiz yol, sağlam gələcək!” adlı hekayə müsabiqəsinin təltifolunma mərasimi keçirilib.
I yer İbrahimli Mikayıl, II yer Vəliyeva Ayşən, Məhərrəmov Hüseyn, III yer Məlikzadə Dəniz, Orucova Ayan diplomla təltif olunublar.
Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru polis kapitanı Pərvanə Muradova, polis leytenantı Elnur Mahmudov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Kəmalə Abdullayeva və mərkəz əməkdaşları iştirak edib.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
























