Yol polisi kəmər taxmayan sürücüləri simulyatora mindirdi – VİDEO

Türkiyənin Adana şəhərində yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə fərqli və təsirli bir maarifləndirmə tədbiri həyata keçirilib. Avtosfer.az xəbər verir ki, Adana Trafik Nəzarət Şöbə Müdirliyinin təşkilatçılığı ilə təhlükəsizlik kəməri taxmayan sürücülərə qarşı cərimə əvəzinə maarifləndirici yanaşma tətbiq olunub.
Sürücülər xüsusi simulyator alətinə yerləşdirilərək təhlükəsizlik kəməri olmadan qəza anında yaşana biləcək təsirləri birbaşa hiss ediblər. Bu praktiki təcrübə vasitəsilə onlara qəza zamanı təhlükəsizlik kəmərinin həyati əhəmiyyəti əyani şəkildə izah edilib.
Tətbiqin əsas məqsədi təhlükəsizlik kəməri taxmamağın fəsadlarını göstərərək sürücülər arasında məsuliyyət və şüurun artırılmasına nail olmaq olub. Simulyasiyada iştirak edən bəzi sürücülər etiraf ediblər ki, bu təcrübə onların düşüncələrini dəyişib və gələcəkdə təhlükəsizlik kəməri taxmağa daha ciddi yanaşacaqlar.
Sürücülər belə maarifləndirici tədbirlərin cəmiyyətin yol hərəkətinə yanaşmasında müsbət dəyişikliklərə səbəb olduğunu bildiriblər. Adana Trafik Nəzarət Şöbə Müdirliyi bu kimi aksiyaların davam etdiriləcəyini və ictimai maarifləndirmənin gücləndiriləcəyini açıqlayıb.
Eltac Zülfüqaroğlu
“Diqqət, uşaqlar!” aylığı: Məktəblər ətrafında nəzarət gücləndirilib - VİDEO
Yol polisi “Diqqət, uşaqlar!” profilaktik aya start verib - FOTOSESSİYA
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR
Qəzanın qarşısını almaq sürücünün öz əlindədir – DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO










