Yol polisi uşaqlara qaydaları öyrədib mükafatlar verdi - VİDEO

Bakı şəhəri Dövlət Yol Polisi İdarəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzi arasında birgə fəaliyyət proqramına uyğun olaraq mayın 20-si şagirdlər arasında “Yol hərəkəti qaydalarını öyrənək!” mövzusunda keçirilən bilik yarışının qaliblərinin mükafatlandırma mərasimi təşkil edilib.

Avtosfer.az xəbər verir ki, mərasimdə Bakı şəhəri 5, 24, 28, 54, 76, 98, 104, 128, 129, 133, 183, 211, 238, 245, 251, 260, 266 nömrəli tam orta məktəblərin şagirdləri və kollektivləri iştirak edib.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə açılıb. Tədbirdə yarışın qalibləri medal, diplom və hədiyyələrlə təltif olunub. Yarışda Bakı şəhəri 266 nömrəli orta məktəbin şagirdləri I, Bakı şəhəri 238 nömrəli orta məktəbin şagirdləri II, Bakı şəhəri 129 nömrəli orta məktəbin şagirdləri III yerin qalibi olub.
Mükafatlandırma mərasimində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis kapitanı Pərvanə Muradova, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elnur Mahmudov, 1 nömrəli Uşaq–Gənclər İnkişaf Mərkəzi direktoru Kəmalə Abdullayeva, Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı iştirak edib. Tədbirin iştirakçıları məktəbliləri 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib. Avtosfer.az saytı "Yol hərəkəti təhlükəsizliyinin təbliğində, bu sahədə qazanılmış təcrübənin yayılmasında və aparılan maarifləndirmə işində media dəstəyinə görə" naminasiyasında diplomla təltif olunub.

Qeyd edək ki, yarışı keçirməkdə məqsəd uşaqların yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirmək, sağlam rəqabət mühitində uşaqların öz bilik və bacarıqlarını nümayiş etdirməklərinə zəmin yaratmaqdır. Tədbir hər il Uşaqların Beynəlxalq Müdafiəsi günü ərəfəsində keçirilir.
Səfər
“Diqqət, uşaqlar!” aylığı: Məktəblər ətrafında nəzarət gücləndirilib - VİDEO
Yol polisi “Diqqət, uşaqlar!” profilaktik aya start verib - FOTOSESSİYA
Vilayət Eyvazov TDT ölkələrinin daxili işlər nazirlərinin iclasında iştirak etdi - FOTOLAR
Qəzanın qarşısını almaq sürücünün öz əlindədir – DYP-dən sürücülərə ÇAĞIRIŞ - VİDEO
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO


























