Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli uşaq gənclər inkişaf mərkəzinin birgə fəaliyyət proqramına uyğun olaraq 24 nomrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. Avtosfer.az xəbər verir ki, tədbirdə uşaqlara yol hərəkəti qaydaları haqqında məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib.
Tədbirlərdə Bakı Şəhər DYP İdarəsinin əməkdaşı polis kapitanı Pərvanə Muradova uşaqlara yol hərəkəti qaydalarına dair ətraflı məlumatlar verib, yol qəzası qurbanları haqqında statistikanı açıqlayaraq adi görunən bir səhvə görə insan həyatının itirilməsindən danışıb. Polis zabiti piyadalar üçün vacib olan yol nişanlarını əyani vasitələrlə nümayiş etdirərək uşaqlarla maarifləndirici dialoq aparıb, sualları cavablandırıb.
Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirləri gücləndirmək, eləcə də uşaqlara təhlükəsiz davranış vərdişlərini aşılamaqdır.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO





















