Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ

ABŞ-nin avtomobil nəhəngi “General Motors” (GM) öz nəqliyyat vasitələrində süni intellekt texnologiyalarının tətbiqini genişləndirir. Şirkət “Google” tərəfindən hazırlanmış “Gemini” adlı süni intellekt modelinin avtomobillərə inteqrasiya olunacağını açıqlayıb.
Avtosfer.az xəbər veroir ki, məlumata görə, yenilik “Google” əsaslı əməliyyat sistemləri ilə çalışan “Chevrolet”, “GMC”, “Buick” və “Cadillac” markalı avtomobilləri əhatə edəcək və ümumilikdə 4 milyona yaxın nəqliyyat vasitəsinə təsir göstərəcək. Sistem yaxın aylarda mərhələli şəkildə avtomobillərin informasiya-əyləncə ekranlarına tətbiq olunacaq. Bu funksiyadan istifadə üçün “OnStar” bağlantısı, aktiv “Google Play Store” hesabı və ingilis dili parametrləri tələb olunur.
Yeni Gemini inteqrasiyası sürücülərə avtomobillə daha təbii və interaktiv ünsiyyət imkanı yaradır. Belə ki, istifadəçilər səs əmrləri vasitəsilə yanacağa qənaət edən marşrutlar qura, ən yaxın doldurma və ya yanacaq məntəqələrini sürətlə müəyyən edə, həmçinin iqlim nəzarəti kimi funksiyaları idarə edə biləcəklər.
Bununla yanaşı, sistem mesajların səsləndirilməsi, cavabların diktə edilməsi və fərdiləşdirilmiş kontentin idarə olunması kimi imkanları da təqdim edir. Sürücülər süni intellekt köməkçisinə sükan üzərindəki düymələr və ya multimedia ekranındakı mikrofon vasitəsilə daxil ola biləcəklər.
Mütəxəssislər hesab edirlər ki, “GM”in bu addımı “Apple CarPlay” və “Android Auto” kimi texnologiyalara alternativ olaraq öz daxili ekosistemini gücləndirmək məqsədi daşıyır. Şirkət bu yanaşma ilə istifadəçilərə daha müstəqil və inteqrasiya olunmuş rəqəmsal təcrübə təqdim etməyi planlaşdırır.
Eltac Zülfüqaroğlu
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO










