Azərbaycanda bir neçə ədəd olan avtomobildən biri ŞƏKİDƏDİR - FOTO

Almaniyanın avtomobil sənayesi barədə dünyanın istənilən ölkəsində geniş məlumat var. Söhbət vahid Almaniyadan və 1957-1990-cı illərdə mövcud olmuş kapitalist Almaniyasından (AFR) gedir.
Avtosfer.az xəbər verir ki, bunun əksinə, 1949-1990-cı illərdə mövcud olmuş Almaniya Demokratik Respublikasının (ADR) avtomobilləri barədə oxucuların məlumatı azdır. Səbəb bu markaların çox da tanınmaması və Azərbaycan SSR-də sərbəst satışda olmamasıdır. Bununla belə, Sovet Azərbaycanına o dövrün təbirincə desək, “qardaş ADR”dən çox sayda IFA, “Multicar” və kənd təsərrüfatı texnikası idxal edilib. Sosialist Almaniyanın otbiçən texnikası bu gün rayonlarda işləsə də, digər maşınlara demək olar rast gəlinmir.
Lakin Şəkiyə hər getdiyimdə ADR istehsalı olan bir, yaxud iki maşına rast gəlirəm. Söhbət “Multicar M25” mikro yük avtomobilindən gedir. Amma, əziz oxucu, “-mikro” prefiksi səni çaşdırmasın. 45 at gücü Dizel mühərrikinə malik bu avtomobil 2 tondan çox yükü daşıya bilir. Müqayisə üçün deyim ki, bu həcm “Qazel”dən 2 dəfə çoxdur.
Avtomobil çox yüksək keyfiyyətlə hazırlanıb, bu gün də Almaniyada istehsalı az da olsa davam edir. Bu maşınlar Sovet İttifaqına 1978-1990-cı illərdə satılıb. 1990-cı ildə Almaniyanın birləşməsindən (Deutsche Wiedervereinigung) sonra sosialst hissədəki avtomobil zavodları əvvəlki sahiblərinə qaytarıldı, SSRİ-yə ixracat dayandırıldı.
Rusdilli saytlarda bu avtomobillə bağlı kifayət qədər maraqlı məlumat əldə etmək mümkündür. Lakin mənim təklifim başqadır: belə bir unikal avtomobilin kommunal təsərrüfatda işlədilməsi yerinə, bir qədər əl gəzdirilərək hansısa tarixi məkanda yerləşdirilməsi turizm işinə daha böyük töhfə verə bilər. Kommunal təsərrüfatda başqa avtomobilin də istifadəsi mümkündür.
Nəzərə alaq ki, turizm şəhəri olan Şəkiyə Almaniyadan hər il çox sayda turist gəlir. Bu avtomobilin UNESCO-nun siyahısındakı tarixi məkanda sərgilənməsi Şəki üçün ölkədən kənarda çox səmərəli reklam ola bilər.
Vüqar Yaşaroğlu
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR










