Britaniya kralının avtomobili satışa çıxarılacaq - FOTO

Britaniyanın "H&H Classic" şirkəti dekabrın əvvəlində 2013-cü ildə istehsal olunmuş "Bentley Mulsanne" sedanını hərraca çıxaracaq.
Avtosfer.az şirkətin saytına istinadən xəbər verir ki, avtomobilin ilk sahibi hazırda Böyük Britaniya Kralı III Çarlz kimi tanınan, ozamankı Uels Şahzadəsi Çarlz olub. Nəqliyyat vasitəsi 2017-ci ilə qədər onun ixtiyarında idi.
Limuzinin 80-100 min funt sterlinq (105-131 min ABŞ dolları) arasında qiymətə satılacağı gözlənilir.
"Mulsanne" 55 000 kilometrdən bir qədər çox yol qət edib. Sedan 513 at gücünə malik 6.75 litrlik V8 mühərriki, səkkiz pilləli avtomatik transmissiya və dartıcı arxa təkərlər sistemi ilə təchiz olunub. O, 100 km/saat sürətə 5.3 saniyəyə çata bilir. "Mulsanne" dəri və qoz ağacından hazırlanmış interyer, elektrikli oturacaqlar, televizor və naviqasiya sistemi, eləcə də hava asqısı və 21 düymlük təkərlərlə təchiz olunub.
“Toyota” bu modelin istehsalına yenidən başlayır: Fərqli mühərriklərlə - FOTO
Traktorda sürət rekordu - FOTOLAR
Dəmir yollarımızın 146 illik tarixi və fədakar əməkdaşları – FOTOSESSİYA
Ucarda "Mercedes" sürücüsü velosipedçini vurub ÖLDÜRDÜ - FOTOLAR
Yeni “Hyundai Tucson” təqdim edildi – Dizel mühərriklərə əlvida - FOTO
“AA” nömrəli maşını elə saxladı ki… - 99-AA-386 - FOTO
Bu küçədə yolayrıcıları parkinqə çevrilib – Sakinlər hər gün eyni mənzərə ilə üzləşir - FOTO
"Kontakt Home"un fırıldağının üstü açıldı - Ödənişlər geri qaytarılacaq - FOTO
Kürdəmirdə ağır yol qəzası: "Ford"un üstü qopdu - FOTOLAR
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR















