İşdən çıxan şəxsin istifadə etmədiyi məzuniyyət müddəti necə kompensasiya edilir? – MÜTƏXƏSSİSDƏN AÇIQLAMA - FOTO

İş həyatında vətəndaşların işlədikləri yerlə yolları ayrıla bilir. Kimisi yeni fürsətlər üçün, kimisi isə sadəcə dincəlmək üçün.
Avtosfer.az xəbər verir ki, belə qərar verənlər çox zaman bir vacib detalı unudur: istifadə olunmamış məzuniyyət günləri.
Əgər siz də işdən çıxmaq qərarındasınızsa, diqqətli olun, çünki qanunvericilik sizə istifadə etmədiyiniz istirahət günlərinin maddi qarşılığını almaq hüququnu verir.
Yəni işdə gecələdiyiniz, tətil planlarını təxirə saldığınız hər bir gün əbəs yerə getmir. Onlar sizin cibinizə qayıtmalı olan zəhmət haqqınızın bir hissəsidir. Bəs işdən çıxarkən istifadə etmədiyiniz məzuniyyət günləri işçiyə hansı formada geri qaytarılmalıdır?

Məsələ ilə bağlı insan resursları üzrə mütəxəssis Nüsrət Xəlilov saytımıza açıqlamasında bildirib ki, əgər işçi işdən çıxmaq istəyirsə və istifadə etmədiyi məzuniyyəti varsa, bu hal Əmək Məcəlləsinin 143-cü maddəsi ilə tənzimlənir.
"Həmin maddəyə əsasən, əmək müqaviləsinə xitam verilərkən işçinin istifadə etmədiyi məzuniyyət günləri varsa, ona bu məzuniyyətdən istifadə etmək imkanı yaradılır. Yəni, əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi məzuniyyətə çıxır və məzuniyyətin bitdiyi tarix əmək müqaviləsinin bitdiyi tarix kimi qeyd olunur".

Həmçinin mütəxəssis qeyd edib ki, əgər işçi məzuniyyətdən istifadə etməyi istəmirsə, bu zaman Əmək Məcəlləsinin 144-cü maddəsinə əsasən, istifadə olunmamış əsas məzuniyyət günlərinə görə kompensasiya ödənilməlidir.
"Kompensasiyanın hesablanma qaydası isə Əmək Məcəlləsinin 140-cı maddəsində göstərilib.
Həmin maddəyə görə, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanarkən ödəniş olunan aydan əvvəlki 12 ayın gəlirləri əsas götürülür. Bu gəlirlər toplanaraq 12-yə bölünür, tapılan orta aylıq əmək haqqı 30.14-ə bölünür və alınan nəticə istifadə edilməmiş məzuniyyət günlərinin sayına vurularaq kompensasiya məbləği müəyyən edilir".
Fidan
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO










