Məşhur filmdəki avtomobil sahibsiz qarajda aşkarlandı - FOTO

ABŞ-də 1981-ci ilin "DeLorean DMC-12" kupesi tapılıb. "Gələcəyə Qayıdış" filmindəki məşhur avtomobil uzun illər sahibsiz qarajda dayanıb.
Avtosfer.az "Autoevolution"a istinadən xəbər verir ki, "DeLorean"in vəziyyəti ortadır. Hazırda kolleksiya modelini bərpa etmək üçün ona yeni sahib axtarılır.
Avtomobilin cilalanmış polad gövdəsi toz və kir təbəqəsi ilə örtülüb, interyerin isə quru təmizlənməyə ehtiyacı var.
Qeyd olunur ki, avtomobilin ön hissəsi xarab olub və o hərəkət etmək iqtidarında deyil. Eyni zamanda, modelin yürüşü cəmi 4200 km-dir.
1981-1983-cü illərdə bu avtomobillərdən yalnız 8500 ədəd istehsal edilib. O "Peugeot", "Renault" və "Volvo" tərəfindən birgə hazırlanmış 2,7 litrlik 130 at gücünə malik V6 ilə təchiz edilib. 5 pilləli mexaniki transmissiya ilə "DeLorean" 100 km/saata 10 saniyəyə sürətlənir və maksimal sürəti 209 km/saata çatır.
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO
Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub - FOTO
Böyük Mərdəkan qəsrində çökmə – FOTOLAR
"AvtoVAZ" istehsal xətlərini bağlayır: "Lada" avtomobillərinin satışları niyə azalır? - FOTO
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR











