“Porsche”nin təklifi qəbul edilsə VAZ-2106 belə olacaqdı - FOTO

70-ci illərdə VAZ sovet üslubu ilə desək, çiçəklənən müəssisə idi. Zavod plandan artıq maşın istehsal etsə də, 3 növbədə işləsə də tələbatı ödəyə bilmirdi.
Avtosfer.az xəbər verir ki, VAZ 1975-ci ildə “Porsche” ilə əməkdaşlığa başlayır. Məqsəd VAZ-2103 modelini yeniləmək idi.
Alman mühəndislər kuzovun əsas elementlərinis saxlamaqla avtomobili belə desək, avropalılaşdırırlar. Bütün xrom detallar və moldinqlər yığışdırılır.

Metal bamperlər inteqral plastik bamperlə əvəzlənir. Bununla avtomobilin aerodinamikası yaxşılaşır, səs azalır.
Salona da əl gəzdirilir, qabaq konsol ciddi şəkildə dəyişdirilir, mühərrik və qabaq asqıda dəyişiklik edilir.
Lakin bunlar sovet rəhbərliyinin xoşuna gəlmir. Onlar alman mühəndislərin işini ifrat proqressiv hesab edirlər. Bunun əvəzinə, sovet mühəndisləri mənəvi cəhətdən köhnəlmiş VAZ-2103-ə əl gəzdirərək yeni model – VAZ-2016-nı ərsəyə gətirirlər. Bu model isə 21 fevral 1976-cı ildən cüzi dəyişikliklərlə 2006-cı ilədək istehsal olunur.
Almanların hazırladığı yeganə prototip isə Rusiyada adı açıqlanmayan bir oliqarxın kolleksiyasındadır.
Hansı model daha yaxşıdır sualına cavab verməyi isə hörmətli oxucunun öz ixtiyarına buraxırıq.
Vüqar Yaşaroğlu
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR
“Mən acam” bəhanəsi ilə dələduzluq edən yeniyetmə ifşa olundu - Qadınları aldadırmış - FOTO











