Qızdırılan təhlükəsizlik kəmərləri belə işləyir - FOTO

Qızdırılan sükan və oturacaqlar artıq heç kimə təəccüblü gəlmir. İndi isə qızdırılan təhlükəsizlik kəmərləri hazırlanır.
Avtosfer.az xəbər verir ki, daxiliyanma mühərrikli avtomobillərdə salonun qızdırılması asandır. Bu mühərriklərin hasil etdiyi istiliyin kiçik bir qismini salona yönləndirərək məsələni həll etmək mümkündür.
Lakin elektromobillərdə salonun qızdırılması ciddi problemdir. Qışda batareya sürətlə boşaldığı üçün elektromobil sürücüləri 50-ci illərin sovet sürücüləri kimi kürklə oturmağa məcburdurlar. Çarəsini isə alman mühəndislər tapıb.
ZF şirkəti qızdırılan təhlükəsizlik kəmərləri hazırlayıb. Bu kəmər sürücü və sərnişinin sinə və qarın hissəsini qızdırdığı üçün salonda yüksək temperatur yaratmağa lüzum qalmır. Test sürüşləri göstərib ki, bu kəmərlər sayəsində batareyanın sərfiyyatını 6-15 faiz azaltmaq mümkündür.
Qızdırılan kəmərin quruluşu adi kəmərdən çox da fərqlənmir. Qızrırıcı element 4 nazik naqildən ibarətdir. Elektrik sərfiyyatı isə 20-60 vatt arasında dəyişir. Yəni, bir müasir smartfon qədər.
Bundan əlavə, kəmərdə temperaturun əllə tənzimlənməsinə ehtiyac yoxdur. Detektorlar salondakı temperaturdan asılı olaraq rejimi özləri seçir.
Vüqar Yaşaroğlu
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR













