“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR

Bakı Şəhər DYP İdarəsindən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən ərazidə yarana biləcək sıxlıqların qarşısının alınması istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Xüsusilə də dayanma və durma qaydasını pozaraq yolun buraxıcılıq qabiliyyətinin azalmasına və sıxlığın yaranmasına səbəb olan sürücülər aşkar edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.
***
Son günlər paytaxtın Nəsimi rayonu ərazisində - Şamaxinka adlanan yerdə AYNA tərəfindən hərəkət istiqamətlərinin dəyişdirilməsi və yeni svetaforların qoyulmasına baxmayaraq ərazidə sıxlıq və tıxac azalmayıb.
Avtosfer.az xəbər verir ki, 20 Yanvar və Asif Məhərrəmov küçələrində qanunsuz fəaliyyət göstərən taksilərin yaratdığı xaos hələ də davam edir.
Belə ki, yolun hərəkət hissəsində dayanaraq müştəri axtaran taksilər digər hərəkət iştirakçılarının, minik avtomobillərinin və avtobusların hərəkətinə ciddi çətinlik yaradır.
Bu ərazidən Xırdalan, Masazır, Biləcəri və digər ərazilərə hərəkət edən iritutumlu avtobuslar, eləcə də 9-cu və 4-cü mikrorayonlara gedən marşrut avtobusları sıx istifadə edir. Qanunsuz taksilər isə normal hərəkəti pozmaqla hərəkət intensivliyinə problemlər yaradır.
Ərazidən görüntüləri təqdim edirik:






Könül Rauf
Hüseyn Həsənova 500 minlik ad günü hədiyyəsi - FOTO
İctimai nəqliyyatda maraqlı reklamlar - FOTOLAR
Nasaz avtomobili ilə yük maşınının arasında qalan sürücü öldü - FOTO
Tramvayı söküb peşiman olan qardaşlarımız - FOTOLAR
Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir - FOTOLAR
Türkdilli ölkədə yüksəksürətli qatar: vaxt yarıya bölündü - FOTOLAR
Amerikan şirkəti “Gemini”ni öz avtomobillərinə tətbiq edəcək - RƏSMİ
Azərbaycanda populyar olmayan sovet avtomobilinin ad günü - FOTOLAR
70-ci illərdə Azərbaycanda bu maşından ehtiyat edirdilər - FOTOLAR
Bakıda söküntü aparılan küçədə təhlükəsizlik tədbirləri görülməyib – MEMAR - FOTO
Bu məşhurun "Mercedes"i satışda: İçindən görün nələr çıxdı - FOTOLAR










