Yol təhlükəsizliyində təbii alternativ - FOTO

Azərbaycan magistrallarının bir çox hissəsində hərəkət zolaqlarının dəmir və ya beton sədlə ayrılması tam başa çatmayıb. Belə bir baryerin olmaması üz-üzə toqquşma riskini artırır. Lakin zolaqların ayrıəlması üçün beton və ya dəmir sədd yeganə çarə deyil.
Avtosfer.az xəbər verir ki, Finlandiyada magistrallarda hərəkət zolaqları bitki baryeri ilə ayrılır. Yolun ortasına yabanı giləmeyvə kolları – böyürtkən, qarağat və sair əkilərfək zolaqlar təcrid edilir. Belə yaşıllığın faydası artıq sübut olunub.
Məlum olub ki, yaşıllıqlar yağış və əriyən qarı udaraq drenaj rolu oynayır, eyni zamanda torpağı bərkidir. Bundan başqa, bitkilər asfaltdan qalxan istiliyin bir hissəsini udaraq yayda yollarda yaranan “istilik adası” effektini azaldır. Meyvələr isə quşlar və həşəratlar qida mənbəyidir. Finlər bunu səssiz ekoloji inqilab hesab edirlər.
Qəza zamanı belə baryerlər sürücünün həyatını metal və ya beton səddən daha yaxşı qoruyur.
Qonşu Norveçdə isə, artıq parkinqlərin adi dam örtüyü ilə örtülməsinə az rast gəlinir. Onlar bu məqsədlə tezböyüyən bitkilərə üstünlük verirlər. Yaponiyada olduğu kimi.
Skandinaviya və Yaponiyanın təcrübəsi göstərir ki, yaşıllıq sahələrini istənilən yerdə artırmaq mümkündür.
Vüqar Yaşaroğlu
Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR













