Artıq "AZAL"dan qalan millərinizi taksi sifarişində xərcləyə biləcəksiz – “Bolt”dan YENİLİK - VİDEO

Biz dünyanın bir sıra ölkələrində hava nəqliyyat şirkətlərinin taksi şirkətləri ilə müqavilələr imzalayaraq müəyyən endirimlər təklif etməsinin şahidi olmuşuq.
Avtosfer.az xəbər verir ki, artıq ölkəmizdə də bu mümkün olacaq. Belə ki, Azərbaycan Hava Yolları (AZAL) və “Bolt Business” arasında imzalanmış yeni razılaşma çərçivəsində “AZAL Miles” proqramının iştirakçıları topladıqları milləri daha bir istiqamətdə istifadə edə biləcəklər.
Məsələ ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-ın sosial şəbəkə hesablarında canlı yayım zamanı məlumat verib. O bildirib ki, bu yenilik hər kəs üçün faydalı ola bilər.
“”AZAL” müştəriləri artıq topladıqları milləri “Bolt” gedişlərinə çevirərək endirimli səfərlər sifariş edə biləcəklər. Bu, istifadəçilərə gündəlik mobillikdə daha çox çeviklik və əlavə üstünlüklər təqdim edir.
“Bolt Business Azerbaijan”ın Baş Meneceri Salman Babazadə əməkdaşlıqla bağlı məlumat verib:
“AZAL” ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət daşıyır. Bu tərəfdaşlıq sayəsində istifadəçilərə həm biznes səyahətlərində, həm də gündəlik mobillikdə əlavə üstünlüklər təqdim edirik. Məqsədimiz Azərbaycanın mobillik ekosistemini daha rahat, çevik və əlçatan etməkdir və bu təşəbbüs həmin istiqamətdə vacib addımdır.”
Qeyd edək ki, təklif yalnız “Bolt Business” müştəriləri üçün deyil, Bolt tətbiqindən istifadə edən bütün sərnişinlər üçün keçərlidir.
İstifadə qaydası:
“AZAL Miles” tətbiqindın “Menyu”ya klikləyirsiz, daha sonra “Qazanın və Xərcləyin” və “Milləri Xərclə” bölmələrindən “Bolt”u seçib rahatlıqla taksi sifarişlərinizdə bu bonuslardan istifadə edə bilərsiz.
İstədiyiniz Kupon məbləğini seçin və “Al” düyməsinə klikləyin. “Bolt Promokod”u elektron poçt ünvanınıza göndəriləcək.
“Bolt” tətbiqində “Menyu” bölməsindən “Aksiyalar” seçiminə promokodu daxil edin və endirimdən istifadə edin.
Həm “AZAL Miles”, həm də “Bolt” xidmətləri Azərbaycan biznes icması tərəfindən geniş istifadə olunduğu üçün bu yenilik korporativ müştərilər üçün də əlavə rahatlıq, sərfəlilik və mobillik çevikliyi yaradır. Konvertasiya prosesi olduqca sadədir: istifadəçi millərini “Bolt” kuponuna çevirir, promokodu tətbiq edir və istənilən “Bolt” gedişində endirimdən yararlanır”.
Elməddin Muradlının canlı yayımdan həmin videosunu sizə təqdim edirik:
Səfər
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO
Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO
Zəngəzur dəhlizinin dəmir yolu hissəsində işlər nə yerdədir? - Son görüntülər - VİDEO
“Masazır dairəsi”ndəki dəhşətli qəzanın anbaan GÖRÜNTÜLƏRİ - VİDEO
Məşhur Formula 1 pilotu Bakıda skuter sürdü - VİDEO












