“Bahalı maşın almaqla məsələ həll olunmur” – Sürücüləri TƏNQİD ETDİ - VİDEO

Son günlər ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələri sürücülərin yolda olarkən diqqətlərini toplaya bilməməsi, sükan arxasında telefonla məşğul olmaq və reaksiya gecikmələrinin artmasını bir daha sübut edir.
Avtosfer.az xəbər verir ki qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov paytaxtda təhlükəsiz avtomobil idarə etmək üçün təkcə qaydaları bilmək və yaxşı maşın sürmək kifayət etmədiyini deyir, sürücünün əlavə bir bacarığı da olmalıdır – o, ətrafdakıların hərəkətlərini başa düşməyi bacarmalıdır.
Məşqçi bildirib ki, bəzi sürücülər yaxşı idarə etsələr də, onları “super sürücü” adlandırmaq olmaz:
“Super sürücü odur ki, ətrafdakıların məntiqli hərəkətlərini deyil, hətta məntiqsiz hərəkətlərini də əvvəlcədən proqnozlaşdıra bilir. Bakı şəhərində təhlükəsiz sürmək üçün siz qabaqcadan düşünməlisiniz ki, yanınızdakı maşın qəfil dönə bilər, qəfil yolun ortasına çıxa bilər. Çünki sürücülər arasında müxtəlif “sindromlar” yayılıb – məsələn, “qoymaram sindromu”, “bezdim sindromu”. Bunları mənim videolarımda da izləyə bilərsiniz”.
Aqil Rəhimov əlavə edir ki, yalnız ətrafdakıların məntiqsiz manevrlərini əvvəlcədən sezə bilən sürücülər təhlükəsiz idarəetmə qabiliyyətinə malik olurlar:
“Proqnoz qoymağı öyrənin. Avtomobil sükanı zarafat yeri deyil. Təhlükəsizlik kurslarına yazılaraq öyrənin. Həyatla risk etmək olmaz. Çünki indi qəzaya düşmək bir anın içindədir, həyat isə bir göz qırpımında itirilə bilər”.
Məşqçi onu da vurğulayıb ki, bahalı avtomobil almaqla məsələ həll olunmur:
“Bəziləri super maşın alır, amma anlamırlar ki, o maşın öz-özünə getmir. Sürücü mütləq qaydaları bilməli, təcrübə toplamalı və təhlükəsiz idarə etməyi öyrənməlidir”.
Eltac Zülfüqaroğlu
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












