Bakıda “İnfinti” ilə “avtoş”luq edən sürücü belə yaxalandı – VİDEO
Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb. Avtosfer.az xəbər verir ki, Ağdam rayon sakini Əliyev Loğman Ramiz oğluna 99 SP 502 dövlət qeydiyyat nişanlı “İnfiniti FX 35” markalı avtomobillə hərəkətdə olan zaman yol polisləri tərəfindən ona saxla işarəsi verilib. Amma sürücü nəqliyyat vasitəsini saxlamayaraq hərəkətini davam etdirib. Bu zaman sürücü avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı və əhalinin dincliyini pozaraq dəfələrlə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.Sürücü saxlanılan zaman məlum olub ki, o avtomobili idarə etmək hüqüqu olmadan sükan arxasına keçib. Sürücü barəsində Dövlət Yol Polisi Şöbəsində inzibati protokol tərtib edilib və toplanmış materiallar Binəqədi Rayon Məhkəməsinə təqdim edilib.
Məhkəmənin qərarına əsasən Loğman Əliyev İnzibati Xətalar Məcəlləsinin 511.1 (avtoxuliqanlıq) və 332.2 (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə) maddələrinə 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub və 500 manat məbləğində cərimə edilib.
Qeyd edək ki, avtoliqanlıq edən L.Əliyevin ikinci qrup əlil olduğu və etdiyi hərəkətdən səmimi peşmançılıq hissi keçirdiyi nəzərə alınaraq barəsində məhkəmə tərəfindən inzibati qaydada həbs qərarı çıxarılmayıb.
Elmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO


















