Binəqədidə yolun ortasında təhlükəli lyuk: Qapağını təkər “əvəz edir” - VİDEO

Paytaxtın Binəqədi rayonu, Abay Kunanbayev küçəsində təhlükəli vəziyyət yaranıb.
Bununla bağlı sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-ın qaynar xəttinə video göndərərək məlumat verib. Görüntüdən aydın olduğu kimi, yolun ortasında yerləşən kanalizasiya lyukunun qapağı yoxdur. Bunun əvəzinə təkər qoyulub, lakin bu da təhlükəni dəf etməyib, əksinə, daha da artırıb.
Təlimçi sözügedən küçədə işıqlandırmanın zəif olduğunu vurğulayaraq, xüsusilə gecə saatlarında bu mənzərənin sürücülər üçün ikiqat risk yaratdığını əlavə edib. Nəticədə, yola bələd olmayan sürücülər təhlükəni görmədikdə həm ciddi maddi ziyan, həm də ağır yol-nəqliyyat hadisəsi ilə üzləşə bilərlər.
Ümid edirik ki, aidiyyəti qurumlar sürücülərin təhlükəsizliyini riskə atan bu vəziyyətlə bağlı tezliklə tədbir görəcək.
Nərmin
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












