İşıqsız yolda baş vermiş qəza kameraya düşdü – Sürücülər qaranlıqda nələrə diqqət etməlidir? - VİDEO

Ordubad şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi anbaan avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, qəza bir müddət əvvəl, gecə saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil, yolayrıcından sola dönən “VAZ-2107” markalı maşına çırpılıb. Kadrdan da göründüyü kimi, sağ zolaqda hərəkətdə olan sürücü, həmin zolaqdakı maşını qəfil görür və onunla toqquşmamaq üçün sola manevr edir. Lakin “VAZ”ın sürücüsü də eyni anda sola dönür, buna görə qəza qaçılmaz olur.
Hadisənin baş verdiyi ərazidə işıqlandırma demək olar ki, yoxdur. Bu, gecə saatlarında hərəkəti daha təhlükəli edir. Belə yollarda sürücülər maksimum dərəcədə ehtiyatlı davranmalıdır. İlk növbədə onlar sürət həddini mümkün qədər azaltmalı və sükan arxasında diqqəti yayındıran amillərdən (telefon, musiqi) uzaq durmalıdırlar.
Digər vacib məqam isə işıq cihazlarının işlək vəziyyətdə olmasını öncədən yoxlamaq və onlardan düzgün istifadə etməkdir. Qaranlıqda sürücülər özəlliklə məsafə saxlamalıdır; öndə gedən avtomobillə aradakı məsafə artırılmalıdır ki, qəfil dayanma zamanı toqquşma baş verməsin.
Bununla yanaşı, yol nişanlarını izləmək də mütləqdir. Gecə saatlarında döngələr, körpülər və ya təhlükəli sahələr barədə xəbərdarlıq edən nişanlara daha çox diqqət yetirilməlidir.
Eyni zamanda, sürücülərin üzərinə düşən öhdəliklərdən biri də piyadalara və heyvanlara qarşı ehtiyatlı davranmaqdır. Xüsusilə kənd ərazilərindən və yaşayış məntəqələrindən keçərkən, yol kənarlarını diqqətlə izləmək lazımdır.
Nərmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












