“Mənə belə xoşdur, belə sürürəm...” – Motokuryerlərin qayda pozuntuları və qəzalar artıb - VİDEO

Son günlər ölkəmizdə nəqliyyat hadisələrində xəsarət alanların sayı artmaqda davam edir. Bu hadisələr təkcə avtomobillərin qaydaları kobud şəkildə pozması səbəbilə deyil, eləcə də hərəkətin digər iştirakçıları tərəfindən yol hərəkəti qaydalarına riayət etməməsi nəticəsində baş verir. Piyadaların yolu onlar üçün ayrılmış hissədən keçməməsi, yollarda işıqlandırmanın keyfiyyətli təmin edilməməsi qəzalar zamanı xəsarətləri qaçılmaz vəziyyətə gətirib çıxarır.
Ən önəmli səbəblərdən biri də motokuryerlərlə bağlıdır. Belə ki, bir çox hallarda motokuryerlərin qaydalara uyğun şəkildə nəqliyyat vasitəsi idarə etməməyi, eləcə də nəqliyyat vasitəsi idarə edərkən qoruyucu elementlərdən, dəbilqə, dizlik və dirsəklikdən istifadə etməməsi sonda ağır nəticələnə bilir. Motosiklet, moped və s. bu qəbildən olan nəqliyyat vasitələrini idarə etmək həqiqətən də çətindir.

Avtosfer.az bu mövzuda oxucularını, sosial şəbəkə izləyicilərini daha təfərrüatlı məlumatlandırmaq üçün motokuryer, “Kuryerlər Birliyi”nin rəhbəri Əziz Vələdovdan müsahibə alıb. Saytımızın rəhbəri Elməddin Muradlının suallarını cavablayan Əziz Vələdov deyib ki, ölkədə kuryerlərin sayı fasiləsiz artır:

“Əvvəllər kuryerlərin ölkədəki, xüsusən paytaxtdakı sayı az olduğu üçün problemləri həll etmək də asan idi. Məsələn, əvvəllər hansısa kuryer nəqliyyat vasitəsini dəbilqəsiz sürəndə onlara nəsə irad tutanda, o adam başa düşürdü ki, hə, bunu etmək doğru deyil, dəbilqədən istifadə mütləqdir. Lakin indi hansısa qayda pozan kuryerə söz deyəndə cavab verir ki, “mənə belə xoşdur, belə sürürəm, cərimə yazılacaqsa, mənə yazılacaq”. Bu kuryer düşünmür ki, onun bir səhvinə görə bizim peşəmizlə bağlı mənfi fikir yaranır. Bir nəfərin hərəkətinə görə yol hərəkətinin digər iştirakçıları demir ki, “filankəs belə elədi”. Onu tanımırlar deyə, deyirlər ki, “kuryerlər qanunsuz sürürlər, kuryerlər bunu edir, onu edir” və sairə”.
Motokuryer Əziz Vələdovun həmkarlarına sonda tövsiyyələrini bildirdiyi Elməddin Muradlı ilə həmin müsahibəsini sizə təqdim edirik:
Səfər
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












