Nömrəsiz “07” ilə “şou” göstərən sürücü yenidən CƏZALANDIRILDI - VİDEO

Avtosfer.az-ın əldə etdiyi məlumata əsasən, sözügedən sürücü – Əsgərli Həsən İsrail oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən protokol tərtib olunub. Bundan başqa, avtomobilin konstruksiyası normal vəziyyətə gətiriləndən sonra sürücüyə qaytarılıb.
*** 13:30
Paytaxt küçələrində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü özünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına yazaraq ətraflı məlumat verib. Belə ki, 10-EY-367 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini dövlət nömrə nişanı olmadan günün qaranlıq saatlarında işıq cihazlarını sönülü vəziyyətdə idarə edib. Digər görüntülərdə isə işıq cihazlarından yalnız birini yandıraraq hərəkət etdiyi görünür.
Eyni zamanda o, avtomobilin konstruksiyasına müdaxilə edərək arxa yayları kəsib və ön hissəsini qaldırıb.
Şikayətçinin iddiasına əsasən, sözügedən şəxs Binəqədi rayonu ərazisində yaşayır və dəfələrlə cərimələnməsinə baxmayaraq, paytaxt yollarında təhlükəli manevrlər edərək “şou” göstərməyə davam edir.
Nərmin
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












