Paytaxda zəbt olunan səkilər piyadalar üçün əngələ çevrilib - VİDEO

Paytaxtın bir sıra küçə və prospektlərində səkilərin vəziyyəti piyadaların hərəkətini xeyli çətinləşdirir.
Avtosfer.az xəbər verir ki, genişliyi kifayət qədər olmayan bəzi səkilərin üzərində obyektlərin pilləkənləri, reklam lövhələri, vitrinlər və digər konstruksiyalar yerləşdirilib. Bu səbəbdən piyadalar səkidən rahat istifadə edə bilmir, çox zaman yola çıxmağa məcbur olurlar. Bu isə xüsusilə uşaq arabası və əlil arabası ilə hərəkət edən insanlar, eləcə də yaşlı və fiziki məhdudiyyətli vətəndaşlar üçün ciddi problem yaradır.
Apardığımız sorğu zamanı sakinlər bu vəziyyətdən narazı olduqlarını bildiriblər. Onların sözlərinə görə, səkilər vətəndaşlar üçün nəzərdə tutulub və burada əsas şərt hərəkətin təhlükəsizliyi olmalıdır. Hətta bəzi küçələrdə səkilərdə belə “tıxac” yarandığını, insanların bir-birini gözləyərək keçmək məcburiyyətində qaldığını deyiblər.
Neqativ hal polis əməkdaşları tərəfindən aradan qaldırıldı.
Daha ətraflı videomaterialda:
Fidan
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO












