Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO

Qubada qayda pozan sürücü təhlükəli vəziyyət yaradıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.
Belə ki, yolayrıcına daxil olan 99-SK-743 dövlət nömrə nişanlı “Opel” markalı avtomobilin sürücüsü sağdan gələn nəqliyyat vasitəsinə yol vermədən sola manevr edib.
Bu zaman o, görüntünü qeydə alan avtomobilin qarşısına çıxaraq qəza şəraiti yaradıb. Görüntülərdən də görünür ki, toqquşmanın baş verməsinə saniyələr qalıb. Lakin görüntünü qeydə alan sürücünün son anda manevr etməsi nəticəsində qəzanın qarşısı alınıb.
Qeyd edək ki, qanunvericiliyə əsasən, nizamlanmayan yolayrıcında eyni əhəmiyyətli yollar kəsişdikdə sürücülər sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidirlər. Həmçinin eyni əhəmiyyətli yolda sola və ya geriyə dönən sürücü qarşıdan düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.
Nərmin
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO
Yeni Günəşlidə iki nəfər buna görə dalaşırmış - VİDEO
"Ölüm yuvası” dedik, tədbir görən olmadı – Moto kuryer lyuka düşdü - VİDEO












