Ucuz qiymətə aldığımız ehtiyat hissəsi bizə baha başa gələ bilər – ELÇİN ABBASOV - VİDEO

Ölkənin avtomobil bazarına diqqət etdikdə, hələ də bəzi nəqliyyat vasitəsi idarəçisinin orijinal deyil, saxta və orijinala yaxın ehtiyat hissəsinə üz tutduğunu müşahidə edirik. Avtosfer.az xəbər verir ki, ehtiyat hissələri bazarında sürücülərin qarşısına qoyulan bir məhsulun 5 çeşiddə versiyasının olması onları çaşbaş salır. Bu hallarla rastlaşan sürücülərə ən yaxşı tövsiyəni elə mütəxəssisin verəcəyini düşündük. Mövzu ilə bağlı avtomobillər üzrə ekspert Elçin Abbasov Avtosfer.az-a müsahibəsində bildirib ki, sürücülər ucuz ətin şorbasına aldandığı üçün mənfi situasiyalarla qarşılaşmalı olurlar. Sürücülərin saytımıza ünvanladıqları sualları mütəxəssisə ünvanladıq.

Sual: Elçin müəllim, qeyri-orijinal ehtiyat hissəsindən istifadə avtomobil hərəkətdə olarkən hansı təhlükələr yaradır?
- Hər bir ehtiyat hissəsinin bir funksiyası var. İstehsalçı bu detalı istehsal edərkən onun bütün parametrlərini yoxlayır. Onun hansı gücü götürməsi, hansı cərəyanla işləməsi və s. nəzərə alınır və bunun üçün xüsusi materiallar seçilir. Aydındır ki, bu detallar istehsalçı tərəfindən hazırlanmayanda, kənarda hazırlananda bu tələblər yerinə yetirilmir. Bu tələblər yerinə yetirilmədikdə həmin ehtiyat hissəsi öz funksiyası üzrə işləyə bilmir. Nəticə etibarilə avtomobil üçün təhlükə yaranır.
Sual: Saxta əyləc qəlibləri avtomobili idarə edərkən sürücü üçün nə kimi riskləri ortaya çıxarır?
- Əyləc qəlibinin çox funskiyası var. Birinci funskiyası əyləc diskini saxlamasıdır. Avtomobil hərəkətdə olarkən sürtünmə yüksək olduğu üçün biz əyləc pedalını basarkən qəlib əyləc diskini saxlamalıdır ki, maşın bunun nəticəsində dayansın. Əgər bu xüsusiyyət onda yoxdursa, aydındır ki, sürücü əyləc pedalına basacaq, amma əyləclənmə normal olaraq baş tutmayacaq.
Sual: Qeyri-orijinal yanacaq və yağ filtrləri maşında hansı mənfi təsirləri göstərə bilir?
- Əgər yanacaq filtri qeyri-orijinaldırsa, o, ya yanacağı yaxşı süzməyəcək, ya da yanacaq sisteminə böyük müqavimət göstərəcək. Yanacaq sistemi sıradan çıxarsa, aydındır ki, yanacaq nasosu sıradan çıxacaq və avtomobil hərəkətdə olanda yanacaq çatışmazlığı yarana bilər. Yox əgər filtrin dəlikləri böyük olarsa və özündə çirki toplamazsa, ordan keçən çirklər digər hissələri, məsələn injektorları tuta bilər. Bu səbəbdən də avtomobil sıradan çıxar.
Sual: Nəqliyyat vasitələrinin sükan sistemində, sürətlər qutusunda qeyri-orijinal hissələrdən istifadə avtomobilin ömrünə necə təsir edir? Bu vəziyyət yollarda sürücü üçün hansı təhlükələrə gətirib çıxarır?
- Əslində bu hal maşından çox insanın ömrünü qısalda bilər. çünki əgər sükan mexanizmində hansısa problem yaranarsa, bu o deməkdir ki, sürücü hər an idarəetməni itirə bilər. Biz tez-tez eşidirik ki, hansısa sürücü avtomobilin idarəetməsini itirərək yoldan çıxdı, qəza törətdi. Belə xəbərləri araşdırdıqda ortaya çıxır ki, keyfiyyətsiz ehtiyat hissələrindən istifadəyə görə hansısa qəzalar ortaya çıxır, amma bizim bunlardan xəbərimiz olmur.
Sual: Orijinal ehtiyat hissəsini saxtasından necə ayırd etmək mümkündür? Nəqliyyat vasitəsi idarə edən şəxslər belə ehtiyat hissələrini görünüşünə, yaxud tərkibinə və materialına görə fərqləndirə bilər?
- Ehtiyat hissələrinin orijinal olub-olmadığını təyin etmək çətin məsələdir. Tutaq ki, biz yağ filtrlərinin orijinallığını necə təyin edirik: Yağ filtrlərinin orijinallığını təyin etmək üçün birinci üsul onların çəkisinə baxmaqdır. İkinci üsul isə onun hansısa hissəsini kəsməkdir. Bundan sonra onun içərisindəki filtrləyici elementin doğru olub-olmadığına baxırıq. Orada bəzi hallarda 1, bəzən isə 2 klapan olur. O klapanların necə işləməsinə diqqət etməliyik. Lazım gəldikdə həmin klapanların hansı təzyiqdə açılmasına baxırıq.Bundan sonra onun normal yağ filtri olduğunu görə bilərik. Sürücülər aldanmamaları üçün güvənilən yerlərdən, xüsusən servislərdən ehtiyat hissələri almalıdır. Çünki çöldən, hardansa ucuz olduğu üçün aldığımız ehtiyat hissəsi sonradan bizə baha başa gələ bilər”.
Səfər
Azərbaycandakı sürətli şarj məntəqələri avtomobillər üçün təhlükəlidir – Ekspertdən XƏBƏRDARLIQ - VİDEO
Piyadanı vurub meyitini 1 kilometr sürükləyən sürücü həbs edilmədi - ANBAAN VİDEO
Sakinlər park salınmasına etiraz edir: "Maşın saxlamağa yer olmayacaq" - VİDEO
Sərxoş “Prius” sürücüsünü qovan yol polisi maşınları toqquşdu; 2 yaralı var - VİDEO
Ucuz qiymətə alınan saxta ehtiyat hissələri sürücüləri sonradan peşman edir - Vaqif Əsədov - VİDEO
Sürücünün yola atdığı siqaret kötüyü arxadan gələn avtomobilin üzərinə düşdü - VİDEO
Binəqədidə yolun ortasında təhlükəli lyuk: Qapağını təkər “əvəz edir” - VİDEO
Qadın sürücü qazla tormozu səhv saldı; “Lexus” restorana girdi - VİDEO
Qarlı yolda “07” ilə “hoqqa” verən sürücü qəzadan belə qurtuldu; yol polisi cərimələdi - VİDEO
Adacığı “moyka”ya çevirən sürücü təlimçiyə kobud cavab verərək əl-qol atdı - VİDEO
Texniki müayinə mərkəzləri bayram günlərində necə işləyəcək? – AÇIQLAMA - VİDEO















