Avtomobil üçün aylıq nə qədər xərc çıxır?

Avtomobil almaqla iş bitmir, sonra onun xərclərini də qarşılamaq lazımdır. Avtomobil almaq istəyən insanların əsas maraqlandığı sual isə məhz bu xərclərlə bağlıdır.
Avtomobil üçün aylıq nə qədər xərc lazım olacaq?
Nəqliyyat eksperti Eldəniz Cəfər bildirir ki, növündən və qiymətindən asılı olmayaraq hər bir avtomobilə vaxtında texniki qulluq edilməlidir:
“Yeni alınan avtomobillərdə hər ay deyil, müəyyən məsafə (km) qət edildikdən sonra bəzi ehtiyat hissələrinin dəyişdirilməsi tələb olunur. Adətən hər 10,000 km-dən bir avtomobilin mühərrik yağı və müxtəlif filtrleri dəyişdirilir. Hər 10,000 km-dən bir avtomobilə texniki qulluq göstərilir. Bəzi detallara isə 30,000 km və ya 50,000 km-dən bir zəmanət verilir. Bu müddət ərzində ehtiyat hissələrinin dəyişdirilməsi vacibdir”.
“Məsələn, orta hesabla bir ekonomik sinif avtomobil üçün hər 10,000 km-dən bir edilən texniki qulluq zamanı – müxtəlif mayelərin, mühərrik yağının və filtrlerin dəyişdirilməsi – təxminən 100-150 manat xərc tələb olunur. Sonrakı mərhələdə, 20,000 km qət edildikdən sonra müəyyən detalların dəyişdirilməsi təxminən 250 manat civarında xərc yaradır. Avtomobil 30,000 km getdikdən sonra xərclər 300-350 manat civarında olur. Əgər bu xərcləri illik hesablasaq, yeni maşının ekonom sinf üçün il ərzində texniki qulluq xərcləri təxminən 1,000-1,500 manat arasında ola bilər. Lakin unutmaq lazım deyil ki, bu xərclər avtomobilin seqmentindən və mühərrik həcminin ölçüsündən asılıdır”- deyə E.Cəfər vurğulayır. (valyuta.az)
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












