Bu avtomobil 1.2 milyon kilometr yol gedib və hələ də işlək vəziyyətdədir

Kanadada 1 milyon 253 min kilometr yol qət edən avtomobil hələ də işlək vəziyyətdədir.
Avtosfer.az xəbər verir ki, "Nova Scotia" bölgəsində yaşayan Endi Kembellinin "Toyota Tercel" markalı maşını 1 milyon 253 min kilometr yol qət edib.
Avtomobil 1985-ci il istehsallıdır. Maşın hələ də gündəlik istifadə olunur.
Avtomobilin sayğacı maksimum 999.999 kilometr göstərə bildiyi üçün o, 2017-ci ildə sıfırlanıb.
Həmin vaxtdan bəri maşın əlavə 250 min kilometr yol gedib.
Kembell bu anın şəkillərini sübut kimi yanında saxlayır.
Avtomobili 1990-cı ildə 2 min 500 Kanada dollarına alan sürücü 35 il ərzində hər gün 120 kilometr yol gedib. Təqaüdə çıxdıqdan sonra da maşını fəal şəkildə sürür. O bildirir ki, qışda belə avtomobildən imtina etmir.
Kembell illər ərzində avtomobilin demək olar ki, bütün detallarını dəyişib. Müntəzəm yağlama, alt koruma və qulluq vasitəsilə onun uzunömürlü olmasını təmin etdiyini deyir.
Hazırda 82 yaşında olan sürücünün məqsədi avtomobili 2 milyon kilometrə çatdırmaqdır. O, "Mənə ən bahalı maşını da gətirsələr, bu avtomobili dəyişmərəm", – deyə bildirir.(baku.ws)
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












