Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ

Son onillikdə Koreya Respublikasının paytaxtı Seulun havasında dispers toz hissəciklərinin həcmi ciddi şəkildə azalıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “The Korea Times” nəşri məlumat yayıb. Rəsmi məlumata görə, atmosfer havasında dispers tozun həcmi 40 faizədək aşağı enib. 2025-ci ildə göstərici 1 kubmetr havada 18 mikroqram təşkil edib. Təmiz havalı günlərin sayı isə 2006-cı ildə 73 olduğu halda, 2025-ci ildə 182-yə çatıb.
Şəhər administrasiyası ekoloji yaxşılaşmanın ilk səbəbi kimi ictimai nəqliyyatda dizel yanacağından imtinanı göstərir. 2006-2014-cü illərdə dizellə işləyən 9 minədək avtobus qaz yanacağına keçirilib. Son statistikaya görə, ictimai nəqliyyat parkının 23 faizini elektrobuslar təşkil edir. İlin sonunadək daha 400 avtobus elektrikə keçiriləcək.
Bundan başqa, ekoloji vəziyyəti nəzarətdə saxlamaq üçün yanacaqdoldurma məntəqələri, avtomobil təmiri və boya sexləri də ciddi nəzarətdə saxlanılır.
Şəhər havasının yaxşılaşması yaşı əhalinin səhhətinə də müsbət təsir göstərib.
Vüqar Yaşaroğlu
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












