Dizel avtomobillərin sonu yaxınlaşır... - Bu tarixdən dövriyyədən çıxarılacaqlar

Azərbaycanda daxili yanma mühərrikli (DYM) minik avtomobilləri mərhələli istismardan çıxarılacaq.
Məsələ “Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədində əksini tapıb.
Sənədə əsasən, 2035-ci ilədək DYM donanmasının ilkin olaraq istismardan çıxarılmasının planlaşdırılması, sərnişin avtomobil parkında elektromobillərin payının artırılması, təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin dəstəklənməsi nəzərdə tutulub.
2060-cı ilə qədər isə sərnişin avtomobil parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100%-ə çatdırılması, müxtəlif təşviq proqramları vasitəsilə elektromobillərin tətbiqinin təşviq edilməsi, DYM nəqliyyat vasitələrinin daha mərhələli şəkildə istismardan çıxarılması planlaşdırılıb.
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib ki, bu strategiya uzunmüddətli perspektivə hesablanıb:
“İlkin mərhələdə ictimai nəqliyyatda istismar olunan avtomobillərin ekoloji cəhətdən təmiz nəqliyyat vasitələriylə əvəz olunması həyata keçiriləcək. Əslində bu prosesə başlanılıb. Son zamanlar paytaxtda və mərkəzi şəhərlərdə marşurutlara buraxılan avtobuslar ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir. Tədricən bu proses bütün ölkəni əhatə edəcək. Əsasən sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələri ekoloji təmiz nəqliyyat vasitələriylə əvəzlənəcək.
Fərdi istifadədə olan daxiliyanma mühərrikli avtomobillərin yeniləri ilə əvəz olunması təbii ki, müəyyən vaxt aparacaq. Bunun üçün qanunvericiliyə də xeyli dəyişiklik edilməlidir. Eyni zamanda vətəndaşlara imkan yaradılmalıdır ki, onlar köhnə avtomobillərini təhvil verib yenisini ala bilsinlər.
Hələlik vətəndaşların köhnə avtomobillərdən imtina edib, uyğun şərtlərlə yeni avtomobil almaq imkanları yoxdur. Amma perspektivdə bunlar ola bilər. Necə ki, 4 il əvvəl elektrik və hibrid avtomobillərə güzəştlər tətbiq olunmuşdu. Bu güzəştlər 2026-cı ilin 1 yanvarından ləğv olundu. Çox güman ki, yaxın gələcəkdə vətəndaşları yeni, ekoloji cəhətdən təmiz avtomobillər almağa təşviq edəcək yeni qaydalar müəyyən ediləcək”.
Qərar təkcə benzin və dizellərə aid deyil - DİQQƏT!
Avtomobil satanlar artıq bunuda nəzərə almalıdır - YENİLİK NƏLƏRİ DƏYİŞİR?
Sürəti azaltmaq kifayət etmir: Sürücülərin ən çox cərimələndiyi nişan - VİDEO
Yeni vəsiqə alan sürücülərə bu avtomobilləri sürmək QADAĞAN EDİLƏ BİLƏR
"Chery" şirkətinin baş direktoru buna görə üzr istədi - FOTO
Avropada elektromobil satışında qeyri-bərabərlik
Azərbaycanda bu maşınlar yığışdırılır – Sahiblərini nə gözləyir?
Benzin və dizel maşın sürənlərin NƏZƏRİNƏ: XƏBƏRDARLIQ
Saatlarla avtomobildə vaxt keçirənlərə pis xəbər!
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?












