Maşın alverində yeni fırıldaq; radiatora yağ töküb qiyməti endirmək istədilər - VİDEO

Türkiyənin İstanbul şəhərində avtomobil alqı-satqısı zamanı yeni dələduzluq üsulu üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, özlərini alıcı kimi təqdim edən şəxslər satıcını aldatmaq üçün avtomobilin radiatoruna gizlicə yağ tökərək, “maşınınıza yağla su qarışıb” bəhanəsi ilə qiyməti aşağı salmağa çalışıblar.
Hadisə ikinci əl avtomobil satış məntəqəsində baş verib. Görüntülərdə şəxslərdən birinin satıcı ilə söhbət etdiyi, digərinin isə fürsətdən istifadə edərək radiatorun qapağını açıb içinə yağ tökdüyü açıq-aydın görünür. Daha sonra onlar avtomobilin nasaz olduğunu iddia edərək qiymətdə endirim tələb ediblər.
Fırıldaqçılıq cəhdi məkanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Sözügedən görüntülər sosial şəbəkələrdə paylaşıldıqdan sonra geniş müzakirələrə səbəb olub.
İstifadəçilər bu üsulu ciddi təhlükə adlandıraraq, həm alıcıların, həm də satıcıların belə hallara qarşı daha diqqətli olmasını tövsiyə ediblər. Mütəxəssislər də bildirirlər ki, avtomobil alqı-satqısı zamanı mütləq peşəkar ustaların rəyinə müraciət edilməli, hər hansı şübhəli hərəkətə qarşı dərhal reaksiya verilməlidir.
Eltac Zülfüqaroğlu
"Audi" məşhur modelin istehsalını dayandırdı - FOTO
“Land Rover” "BYD"ni məhkəməyə verdi
100 kilometrə 5 litrdən az yanacaq sərf edən 10 dizel avtomobili – SİYAHI
Avropanın avtomobil sənayesi: Tarixin təkərrürü yoxsa imitasiya? - FOTO
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL












