Su pompasının nasazlığı bu problemlərə səbəb ola bilər – EKSPERTDƏN MƏSLƏHƏT

“Su pompası mühərrikin soyutma sistemində mühüm rol oynayır. Əgər xarab olarsa, bu əsaslı təmirə və ya mühərrikin dəyişdirilməsinə gətirib çıxara bilər”.
Avtosfer.az xəbər verir ki, bu barədə avtomobil mütəxəsissi Andrey Eqarmin deyib.
Ekspertin sözlərinə görə, soyuducu pompanın tıxanması maye dövranının dayanmasına səbəb olur. Nəticədə mühərrik həddindən artıq istiləşir:
“Əgər buna vaxtında diqqət yetirilməsə, yüksək temperatur silindr başlığının deformasiyaya uğramasına səbəb olacaq”.
O, həmçinin əlavə edib ki, pompanın nasazlığı kəmərin və ya zəncirinin qırılmasına gətirib çıxarır ki, bu da əyilmiş klapanlar kimi ciddi mühərrik problemlərinə səbəb ola bilər:
“Bütün bu hallar sonda mühərrikin əsaslı təmiri və ya onun dəyişdirilməsi ilə nəticələnər. Soyuducu vaxtında dəyişdirilmədikdə, soyutma sisteminin içərisində pas, çöküntü və çirk yığılır. Bu da pompanın iş fəaliyyətinin azalmasına və onun sıradan çıxmasına səbəb olur”.
Mütəxəssis izah edib ki, antifriz səviyyəsi çox aşağıdırsa və ya xüsusiyyətlərini itiribsə, pompa quru işləyəcək və bu da onun aşınmasını sürətləndirəcək.
Namiq Musayev
"Jaguar Land Rover" BYD-ni ŞİKAYƏT EDİB
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?












