Şəbnəm Tovuzlu Avtosfer.az saytına hədə-qorxu gəldi - “Səhifənizi bağlatdıracam” - SƏS YAZISI – VİDEO

Sosial şəbəkələrdə iki qadının avtomobildə hərəkətdə olarkən yüksək səslə musiqi dinləməsi, təhlükəsizlik kəmərindən istifadə etməməsi və sükan arxasında əllərini buraxaraq görüntü çəkməsi ilə bağlı video geniş müzakirələrə səbəb olub. Görüntünü sosioloq Lalə Mehralı paylaşmışdı.
Video ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər xüsusilə yol hərəkəti qaydalarının açıq şəkildə pozulmasını tənqid ediblər. Qeyd edək ki, hərəkətdə olan nəqliyyat vasitəsində sürücünün təhlükəsizlik kəmərini taxmaması və sükanı nəzarətsiz buraxması inzibati məsuliyyət yaradan haldır və həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi risk altına atır.
Avtosfer.az olaraq sözügedən görüntünü ictimai maraq və yol hərəkəti təhlükəsizliyi baxımından əhəmiyyətli hesab etdiyimiz üçün oxuculara təqdim etmişdik.
Bakıda qızlar musiqiyə yüksək səs verib yolun ortasında şou göstərdi - VİDEO
Sonradan redaksiyaya daxil olan məlumata görə, videoda yer alan şəxslərdən biri müğənni Şəbnəm Tovuzlunun qızıdır. Bununla əlaqədar olaraq, dünən Şəbnəm xanım İnstagram sosial şəbəkə hesabımız vasitəsilə bizimlə əlaqə saxlayaraq videonun silinməsini xahiş edib. Biz isə görüntülərin silinməsinin mümkün olmadığını bildirdik.
Redaksiya olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmaq niyyətində olduğumuzu bildirərək Şəbnəm xanımın məsələ ilə bağlı fikrini öyrənmək istədiyimizi diqqətə çatdırmışıq. Lakin o, buna ehtiyac olmadığını deyərək suallarımızı cavabsız qoyub.
Bu gün isə Şəbnəm xanım tərəfindən ünvanlanan növbəti mesajlarda təhdid xarakterli ifadələr yer alıb Mesajlarda səhifəmizin bağlatdırılacağı ilə bağlı iddialar səsləndirib, həmçinin “mənim Instagram səhifəm daha böyüktür, belə balaca səhifələri bağlatmaq mənim üçün oyuncaqdır” məzmunlu ifadələr işlədib.
Qeyd edək ki, redaksiyaya daxil olan həmin yazışmalar sənəd şəklində mövcuddur.
Avtosfer.az olaraq bir daha bildiririk ki, məqsədimiz hər hansı şəxsi hədəf almaq deyil, yol hərəkəti təhlükəsizliyi ilə bağlı ictimai əhəmiyyət kəsb edən halları diqqətə çatdırmaqdır.
Qarşı tərəfin rəsmi mövqeyini təqdim etməyə hazırıq və məsələyə obyektiv yanaşmanı davam etdirəcəyik.
Aidiyyəti dövlət qurumlarının məsələni diqqətdə saxlamasını xahiş edirik. Qeyd etmək yerinə düşər ki, Şəbnəm Tovuzlunun səsləndirdiyi fikirlər kibercinayətkarlıq kimi qiymətləndirilə bilər. Ümid edirik ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bu məsələ ilə bağlı müəyyən addımlar atacaq.
Eltac Zülfüqaroğlu






Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı


















