Yeni təmir edilmiş 8 Noyabr prospektində piyadalar üçün ciddi təhlükə - FOTO

Bakıda uşaq arabası ilə hərəkət edən valideynlərin və ümumilikdə azmobilli şəxslərin üzləşdiyi çətinliklər hələ də tam şəkildə aradan qaldırılmayıb. Avtosfer.az xəbər verir ki, xüsusilə yerüstü və yeraltı piyada keçidləri bu kateqoriyadan olan vətəndaşlar üçün əlçatan deyil. Uşaq arabası ilə, əlil arabasında və ya yaşlı vətəndaşlar bu cür keçidlərdən rahat istifadə edə bilmirlər. Bu isə onların gündəlik həyatında ciddi narahatlıqlara səbəb olur.
Paytaxtın sıx yerlərindən biri olan 8 Noyabr prospektində son əsaslı yenidənqurma işləri aparılsa da bu məsələ hələ də həll olunmayıb. Belə ki, aparılan abadlıq işləri zamanı mövcud yerüstü və yeraltı keçidlər daha əlverişli, eynisəviyyəli və nizamlanan “zebra” keçidlərlə əvəz olunmadı. Halbuki bu, özünü doğrultmuş və bir çox dünya ölkələrində tətbiq edilən uğurlu təcrübədir.

Əksər Avropa şəhərlərində küçə keçidləri əlillər, uşaq arabası ilə hərəkət edənlər, yaşlı insanlar və digər həssas qrupların rahatlığı nəzərə alınaraq planlaşdırılır. Lakin Bakıda bu məsələyə hələ də yetərincə diqqət ayrılmadığından azmobilli şəxslər ya təhlükəli şəkildə avtomobil yoluna çıxmaq məcburiyyətində qalır, ya da yolun qarşı tərəfinə keçməkdən tamamilə imtina edirlər.
Urban bloger Anar Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, şəhər daxilində bütün yeraltı və yerüstü piyada keçidlərinin alternativi olaraq eynisəviyyəli zebralar təşkil edilməlidir:

“Hərəkət zolaqlarının sayı hər iki istiqamətdə 2-dən çoxdursa, həmçinin işıqforla nizamlanan keçidlər olmalıdır. Bütün inkişaf etmiş ölkələr və hər qrup vətəndaşı nəzərə alan inklüziv şəhərlər bu tədbirləri görür. Yeraltı və yerüstü keçidlər yalnız şəhərdən kənar magistral yollarda olmalıdır”.
Eltac Zülfüqaroğlu
Köhnə avtomobil sürənlərə VACİB XƏBƏR: Məhdudiyyətlər tətbiq edilə bilər...
Paytaxtın 22 küçəsində tıxac var - SİAYHI
Prezident bu nazirlə bağlı SƏRƏNCAM İMZALADI - FOTO
Bakıda sərnişin yükünü azaldacaq MÜHÜM HƏMLƏ - FOTO
"Leysan yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür" - Prezident problemlərdən danışdı
Nadir Qafarzadənin maşını yolda qaldı; köməyə xüsusi qrup göndərildi - VİDEO
Bakının bu küçəsinin piyadalaşdırılması yekunlaşır; avtomobillərə giriş qadağan olunub - FOTO
“Kontakt Home”dan alınan telefon qeydiyyatdan keçirilməyib – VƏTƏNDAŞ ŞİKAYƏTİ
"Şəhərə avtomobillə giriş getdikcə mümkünsüz olacaq" - Tıxac problemi necə həll edilə bilər?
Azərbaycanın bəzi rayonlarında yollar dumanlı olacaq
Sürücülərə avtomobil nömrələrini sərbəst seçmək icazəsi verildi - Qərar qüvvəyə mindi











