Arif Alışanovun qardaşı oğlunun işində qadağa - Jurnalistlər qapı arxasında qaldı

Üç sahibkarın ümumilikdə 4 milyon manatını ələ keçirməkdə ittiham olunan 33 yaşlı birjaçı Nizami Alışanın cinayət işi üzrə məhkəmə gedir.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, ölkə gündəmində geniş maraq doğuran məhkəmə istintaqı ardıcıl ikinci iclasdır ki, media nümayəndələrinin üzünə qapadılıb.
Jurnalistlərə bildirilib ki, bu barədə göstəriş prosesə sədrlik edən hakim Aytən Əliyeva tərəfindən verilib.
Maraqlıdır ki, hazırlıq iclasında məhkəmə istintaqının açıq keçirilməsi qərara alınıb. Sonradan jurnalistlərə “yox” deyilməsinin səbəbi isə açıqlanmır.
.jpg)
Eyni hakim icraatında olan başqa bir neçə işdə də məhkəmə salonunun qapılarını jurnalistlərin üzünə bağlayıb.
Altını cızaraq xatırladaq ki, müvafiq qanunvericiliyin tələblərinə görə, məhkəmə proseslərinin açıq keçirilməsi təmin edilməlidir. Bu hal proseslərin şəffaf və ictimai nəzarət altında həyata keçirilməsinə zəmanət verir. Jurnalistlərin isə ictimaiyyətin düzgün məlumatlandırılması və şəffaflıq məqsədilə açıq məhkəmə proseslərinə iştirakına maneə yaradılmalı deyil.
Yalnız dövlət və ailə sirləri təşkil edən proseslərdə jurnalistlərin iştirakı məhdudlaşdırıla bilər.
Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun kürəkənidir. Hazırkı mərhələdə zərərçəkmiş şəxslər ifadə verməlidir. Amma bəhs etdiyimiz səbəbdən zərərçəkmişlərin məhkəmədə nələr danışdıqlarını öyrənə bilmirik.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












