“Audi” Almaniyaya “Audi” idxal edənləri məhkəməyə verdi

Çin bazarı üçün istehsal edilmiş “AUDI E5 Sportback” və “AUDI E7X” modellərinin ötən aydan etibarən Almaniyaya idxal edilməsi “Audi” konserninin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, SAIC-lə birgə layihələndirilən modellər Çində istehsal edilir və yerli bazar üçün nəzərdə tutulub. Lakin 1 aydan çoxdur qeyri-rəsmi dilerlər bu modeli Almaniyaya daşıyırlar. Həm də kifayət qədər baha qiymətə.
Çində E5 modeli 28 000 avro olduğu halda, Almaniyada 60 min avrodur, yəni 2 dəfə baha. Bununla belə, Çin modeli Avropa istehsalından ucuz olduğu üçün ciddi maraq doğurub.
Lakin bu vəziyyət “Audi” konserninin heç də ürəyincə deyil. “Automobilwoche” nəşrinin məlumatına görə şirkət dilerləri məhkəməyə verib. Məqsəd bu modellərin Avropaya gətirilməsinin qarşısını almaqdır. İddia ərizəsində göstərilir ki, bu avtomobillərin batareyaları Avropa bazarı üçün nəzərdə tutulmayıb. Eyni zamanda, konsernin servis mərkəzləri bu modellərə xidmət göstərmir.
Bu məsələ ilə bağlı ötən ay məlumat vermişdik.
Daha ətraflı:
Vüqar
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












