Azərbaycanda polkovnik rüşvətə görə HƏBS EDİLDİ - MƏHKƏMƏ İŞİ

İki ay əvvəl rüşvətalma ittihamı ilə həbs edilən Dövlət Sərhəd Xidmətinin (DSX) ehtiyatda olan zabiti, polkovnik-leytenant Ramil İbrahimov ev dustaqlığına buraxılıb.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsi vəkilin qətimkan tədbirinin növünün dəyişdirilməsi barədə əsaslandırılmış vəsatətini təmin edib.
R.İbrahimov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Məhkəmə qərar qəbul edərkən təqsirləndirilən şəxsin səhhətini və digər amilləri nəzərə alıb.
Qeyd edək ki, istintaq materiallarına əsasən, Ramil İbrahimov DSX-nin "N" saylı hərbi hissəsində qərargah rəisi vəzifəsində çalışarkən təkrar rüşvət almaqda ittiham edilir. O, ötən ilin dekabrında Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir. Ramil İbrahimovun təqsirli olub-olmadığı məhkəmənin yekun qərarı ilə müəyyən ediləcək.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












