Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd hazırlamaqda təqsirləndirilən Elşən Nəcəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elşən Nəcəfovun istintaqa verdiyi ifadə elan olunub.
O, ifadəsində dini ideyalarla yaşadığını, bəzi ölkələrə ürəkdən nifrət etdiyini bildirib.
Daha sonra Elşən Nəcəfov Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi və terrorçuluğa açıq çağırışlar yazılmış paylaşımlar etdiyinə görə də peşman olduğunu bildirib.
Sonra sənədlərin tədqiqi prosesi yekunlaşıb.
Proses fevralın 6-da davam etdiriləcək.
Qeyd edək ki, Elşən Nəcəfovun 2023-cü ilin sentyabr ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanıldığı məlum olub.
Elşən Nəcəfova qarşı irəli sürülmüş ittihamda qeyd edilib ki, o, xarici ölkə ərazisində yaşayan digər Azərbaycan Respublikası vətəndaşı ilə əlbir olub xarici dövlət rəsmilərinin Azərbaycana səfəri zamanı onlara və Azərbaycanın dövlət və ictimai xadimlərinə qarşı ictimai tədbirdə imkan əldə edib terror hücumu etməyə hazırlıq hərəkətləri edib. Bu barədə qətiyyətini ifadə etdiyi və əlbir olduğu şəxsə göndərdiyi səs yazıları iş materiallarına əlavə edilib. Sonuncu Elşən Nəcəfova terrorçuluq əməlləri törətməsi planını həyata keçirərkən öldürüldüyü halda “şəhid” hesab ediləcəyini bildirib.
Elşən Nəcəfov DTX əməkdaşları tərəfindən ifşa edilərək saxlanıldığından, iradəsindən asılı olmayaraq qeyd olunan terror əməllərini törətməyə cəhd edə bilməyib.
Ona Cinayət Məcəlləsinin 28, 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq), 214-2 (terrorçuluğa açıq çağırışlar), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələri ilə ittiham elan edilib.
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO
Tümen–Bakı reysi ilə uçan təyyarə məcburi eniş ETDİ
Ağdaşda VAZ su kanalına düşdü
Bakıda müğənnini küçədə DÖYDÜLƏR - FOTO
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Taksi sürücüsü uşaqlı sərnişini yarı yolda düşürdü - VİDEO
“Zavodda görüşdük, sonra malı göndərmədilər” – VƏTƏNDAŞDAN ŞİKAYƏT - FOTO
Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - Azərbaycanda QƏRİBƏ HADİSƏ










