Azərbaycanlını girov saxlayıb öldürən şəxsə hökm oxunub

Rusiyanın Sank-Peterburq şəhərində 2013-cü ildə Heydər İsmayılovu qayınları ilə əlbir olub bir neçə gün girov saxladıqdan sonra qətlə yetirməkdə təqsirləndirilən Ülfət Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2013-cü ilin yanvar ayında baş verib.
İttihama görə, Ülfət Məmmədov və Heydər İsmayılov Ülfətin qayınlarına məxsus Sank-Peterburq şəhərində yerləşən mağazada bir yerdə işləyiblər. Bir müddət sonra Heydər İsmayılovun həmin mağazadan 500 min rubla yaxın vəsaiti kassaya ödəməyərək mənimsədiyi məlum olub. Onlar pulu Heydər İsmayılovdan tələb etdikdə geri qaytarmayıb. Bu səbəbdən Ülfət qayınları Cabir Cəfərov, Zahir Cəfərov və tanışı, Tacikistan vətəndaşı Tohir Odiloviçlə əlbir olub Heydər İsmayılovu girov götürüblər. Onu bir neçə gün mənzildə girov saxladıqdan sonra Sank-Peterburq şəhəri yaxınlığında meşəlik əraziyə apararaq qətlə yetiriblər.
O, Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən xüsusi amansızlıqla və başqa cinayəti gizlətməklə əlaqədar adam öldürmə), 120.2.2, 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə), 144.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə adam oğurluğu) maddələri ilə ittiham edilib.
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO












