Bakıda metroya ziyan vuran Fransa vətəndaşının ŞİKAYƏTİ ...

Bakıda metronun deposuna gizli daxil olaraq bir neçə vaqonu rəngləməkdə ittiham olunan Fransa vətəndaşı Clerk Teqo Hüqonun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlininin sədrliyi ilə keçirilən prosesdə onun şikayəti təmin olunmayıb.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Clerk Theqo Hüqo 3 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslər 6 min 800 manat cərimə cəzasına məhkum olunub. Onların zərərçəkmiş quruma vurduqları ziyan tam ödətdirilib.
Xatırladaq ki, ittihama görə, Fransa vətəndaşı Clerk Theqo Hüqo, Yeni Zelandiya vətəndaşı De-Saint Quentin İsmael və Avstraliya vətəndaşı Han Paulun 2024-cü il martın 30-da gecə saatlarında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə məxsus depoya qanunsuz daxil olaraq qəsdən dövlət əmlakına ziyan vurublar.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












