Bakıda müğənnin çənəsini sındıran şəxs cəzalandırıldı

Bakıda müğəninin çənəsini sındıran şəxsə hökm oxunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, hadisəni törədən 1989-cu ildə Şuşa şəhərində anadan olmuş İ.Həsən barəsində Cinayət Məcəlləsinin 127.1-ci maddəsi cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, zərərçəkmiş Elçin Mayılov gecə saat 02.00 radələrində qonşusu İ.Həsənin əlində "GO" markalı içki ilə yüksək səslə küçə söyüş söydüyünü görüb. O, İ.Həsənə yaxınlaşıb nə baş verdiyini soruşduqda, sonuncu hədsiz dərəcədə içkili olduğundan qəsdən bir neçə dəfə yumruqla onun üz nahiyəsindən vurub.
Elçin Mayılov aldığı xəsarətdən çənə nahiyəsinin sınığı ilə xəstəxanaya yerləşdirilib.
Hadisə Bakıda şadlıq evlərində müğənnilik fəaliyyəti ilə məşğul olan Elçin Mayılov toydan evinə qayıdırkən baş verib.
Məhkəmənin qərarı ilə İ.Həsənə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












