Bakıda saxlanılan traktor sürücüsü bəraət aldı

Bakıda Dövlət Yol Polisinin əməkdaşlarının saxladığı traktor şoferi bəraət alıb.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1982-ci il tarixdə Füzuli rayonunda anadan olmuş C.D. saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə protokol tərtib olunub.
C.D.-ya protokol tərtib edilməsinin səbəbi onun Nərimanov rayonu, Ziya Bünyadov prospektində hərəkətdə olarkən DYP əməkdaşlarının əmrinə tabe olmaması göstərilib.
C.D dövlət nömrə nişanı 19BA060 olan traktorla Ziya Bünyadov prospektində hərəkətdə olarkən DYP əməkdaşları tərəfindən saxlanılsa da, hadisə yerindən uzaqlaşdığı üçün barəsində 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib.
Məhkəmədə C.D. özünü təqsirli bilməyərək deyib ki, onu DYP əməkdaşı saxlayaraq sənədlərini tələb ediblər və sənədləri DYP əməkdaşlarına təqdim edib. Amma sonradan heç bir səbəb olmadan onu bölməyə aparıblar. Sürücü barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə C.D. barəsində tərtib olunmuş protokol ləğv edilib və məhkəmə zalından sərbəst buraxılıb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












