Beynəlxalq kibercinayətkar şəbəkənin üzvünün müraciətinə baxılıb

Azərbaycanda həbsdə olan beynəlxalq kibercinayətkar şəbəkənin üzvü, Ukrayna vətəndaşı Serb Andrey Borisoviçin müraciətinə baxılıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs səhhətində olan problemlərlə əlaqədar cəzadan vaxtından əvvəl şərti azadlığa buraxılmasını istəyib.
Bu işlə bağlı ekspertiza təyin edilib. Ekspertin rəyinə əsasən, Serb Andrey Borisoviçin vaxtından əvvəl azad edilməsi üçün əsas yoxdur.
Bu gün keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Serb Andrey Borisoviçin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciəti təmin edilməyib.
Qeyd edək ki, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci ilin mayında yaydıqları birgə məlumata əsasən, müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması məlum olub.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç saxlanılaraq istintaqa cəlb olunub. Onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, vətəndaşların oğurlanmış təxminən 2 milyon manata yaxın vəsaitinin geri qaytarılması təmin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO












