Bulvarda azyaşlını skuterlə vurdu, cəza aldı

Səbail rayonu, Dənizkənarı Milli Parkın “Azneft” dairəsi yaxınlığında olan hissəsində skuterlə azyaşlı vurulub.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisəyə görə 2001-ci il təvəllüdlü Sabir adlı şəxs saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə cinayət işi açılıb.
İş baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, hadisə 10 iyul 2024-cü il tarixdə, təxminən axşam saat 21:00 radələrində baş verib. Belə ki, “Azneft” dairəsinə yaxın meydanda Sabir skuteri arxaya hərəkət etdirərkən azyaşlı qız uşağına çırpılıb.
Nəticədə qız uzun sürən komatik vəziyyətlə müşayiət olunan kəllə beyin travması alıb.
Məhkəmənin qərarı ilə Sabirə saxlanıldığı iki gün çıxılmaqla, 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə elektron qolbaqda gəzəcək.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












