Cəbrayılda xəstəxana işçisi həbs edildi - 17 minlik dələduzluq

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının "baş təsərrüfat qardaşı" vəzifəsində işləmiş şəxs dələduzluğa görə həbs edilib.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, o, bir neçə nəfəri işə düzəldəcəyi vədi ilə aldadıb.
Qeyd olunur ki, o, vəd verdiyi şəxslərdən ümumilikdə 17 min manat pul alıb.
Xəlil A. bu əməllərini 2023-cü ildən törətməyə başlayıb. Pul aldığı şəxsləri xadimə, gözətçi, qeydiyyatçı işinə düzəldəcəyini vəd edib. Xadimə işinə görə 8 min manat, gözətçi işinə görə 4 min manat, qeydiyyatçı işinə görə isə 5 min manat pul alıb. O, aldığı pulları xəstəxananın direktoruna verəcəyini deyib. Amma vədinə əməl etmədiyinə görə zərərçəkmiş şəxslər narazılıq edib. Onlar xəstəxananın direktoru Anar Zamanovun yanına gedərək şikayət ediblər. Anar Zamanov Xəlilin yalan danışdığını deyib.
Zərərçəkmişlərin şikayətindən sonra Xəlil A. həbs edilib. O, zərərçəkmişlərə vurduğu ziyanı ödəməyib. Məhkəmə onun barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Xatırladaq ki, bu işdə adı keçən direktor Anar Zamanov başqa cinayət əməlinə görə məsuliyyətə cəlb edilib. O, Beyləqan Rayon Mərkəzi Xəstəxanasının həkim-nevroloqu Kifayət Hacıyeva ilə birlikdə rüşvət almaqda təqsirləndirilərək hakim qarşısına çıxarılmışdı. Onlar əlillik dərəcələri təyin etdirmək üçün vətəndaşlardan rüşvət almaqda təqsirli bilinirdilər. Məhkəmə onlar barəsində şərti cəza təyin edib.
Onu da qeyd edək ki, adı çəkilən xəstəxanada bu kimi hallar tez-tez təkrarlanır. 2016-cı ildə də həkim-pediatr Eldar Məmmədov vətəndaşlardan külli miqdarda pul alaraq onlara əlillik dərəcəsi düzəldəcəyini vəd edərək dələduzluq etmişdi.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












