DTX-nın qandalladığı rəis 2.4 milyon rüşvət alıb – ŞOK FAKTLAR

Naxçıvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun növbəti məhkəmə prosesi keçirilib.
İlham İbrahimovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edərək bildirib ki, M.Cəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi kimi çalışdığı dövrdə 1159 nəfərdən ayrı-ayrılıqda hərbi xidmətə yararsız və ya möhlət verilməsi üçün ümumilikdə 2 milyon 464 min manat rüşvət alıb.
Bununla yanaşı, o, rəis kimi 10 nəfərdən qanunsuz olaraq rüşvət alaraq onları işlə təmin edib və ya iş yerlərini dəyişib.
Təqsirləndirilən şəxs Mirzə Cəlilov ifadə verərək bildirib ki, 2020-ci ildə rəis təyin olunarkən muxtar respublikada fəaliyyət göstərən qurumun digər idarələrinin rəisləri ilə görüş keçirib.
O bildirib ki, hərbi xidmətə yararsız olanlar barədə aktları həkimlər verib:
"Heç kimdən pul almamışam. Bu, əvvəldən qoyulmuş qanun idi, hər rayon rüblük olaraq məlumat verirdi. İclasda rayon idarə rəisləri bildirdi ki, qayda belə olub. Mən ümumiyyətlə heç kimə göstəriş verməmişəm ki, kimdənsə pul alın. Hər rübün sonunda idarə rəisləri pulları siyahı ilə mənə gətirib verirdilər. Yığılan pulun 10 faizi sonradan onlara verilirdi. Mən isə çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam”.
Məhkəmədə M.Cəlilov qanunsuz olaraq işə götürülən işçilər barədə deyib ki, onlar əvvəlcə xidmətə müraciət ediblər.
Daha sonra şahidlərin ifadələri dinlənilib. Şahidlər bildiriblər ki, M.Cəlilov onlara deyib ki, bir illik möhlət üçün 1800 manat, 3 illik təkrar müayinədən keçmək üçün 3000 manat, hərbi xidmətə yararsız bilet üçün isə 5000 manat ödənilməlidir. Yığılan pulların 10 faizi isə rayon şöbə rəislərinə verilirdi.
Növbəti məhkəmə prosesi 10 yanvar 2025-ci il tarixinə təyin olunub.
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO
Zabratda bu yolda çalalardan qaçmaq mümkünsüzdür – ŞİKAYƏT - VİDEO
Çuxura düşən avtomobilə dəyən zərəri kim qarşılamalıdır? - VİDEO
DİN direktorun maşınının yandırılması ilə bağlı daha bir şəxsi həbs etdi - VİDEO
"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı: RƏSMİ
Yolun asfaltlanmayacağını görən Ramana sakinləri çarəni görün nədə tapdı - VİDEO












