Gəncədə “102”yə yalan məlumat verdi - 15 sutka həbs olundu

Gəncə şəhərində avtomobilinin qaçırılması barədə yalan məlumat verən şəxs məsuliyyətə cəlb edilib. Avtosfer.az-ın Teleqraf-a istinadən xəbərinə görə, Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü İsa Xəlilov (ad-soyad şərti verilib – red.) Daxili İşlər Nazirliyinin “102 Qaynar Xəttinə müraciət edib və avtomobilini qonşuluqda yaşayan şəxs tərəfindən qaçırıldığını bildirib.
Əldə olunmuş məlumata əsasən Xəlilov polis şöbəsinə dəvət olunub. Lakin o, polisin qanunu tələbinə tabe olmayaraq polisə müqavimət göstərib.
Həmçinin narkotik vasitə istifadə etməsində şübhəli bilindiyindən həkim müayinəsindən keçirilib və analizində narkotik vasitədən istifadə etdiyi aşkar edilib.
Xəlilovun barəsində İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə ittiham elan edilib.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə o, 15 gün müddətinə həbs edilib.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












