Gəncədə 17 yaşlı oğlanı qətlə yetirən ŞƏXSƏ 17 İL

Gəncədə 17 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən Azər Mövsümovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ilə elan edilən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilib.
Həmçinin, o, həmin məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 17 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabr ayında baş verib.
İttihama görə, 1984-cü il təvəllüdlü Azər Mövsümov bıçaqla 2005-ci il təvəllüdlü Həsən Novruzova xəsarət yetirib. Nəticədə o aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO
Yasamalda boru partladı, maşınların üzərinə su fontan vurdu - VİDEO
İş adamı toyda qəfil vəfat etdi - FOTO - YENİLƏNİB
AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB
Güllü Muradovanın əri həbs edildi - 25 sutka - YENİLƏNİB
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO












